Hacı Şahinin yerinə o təyin olundu

“Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib”.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidə yeni təyinatlar da olacaq.

“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”, – M.Qurbanlı əlavə edib.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.


Share: