Hacı Şahinin ölüm səbəbi məlum oldu

Xəbər verdiyimiz kimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, ilahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib.

O, bu gün dəfn ediləcək.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.


Share: