Hacı Əliyev dünya çempionatında mübarizəyə başlayır

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın daha 3 sərbəst güləşçisi bu gün yarışda mübarizəyə başlayacaq. İslam Bazarqanov (61 kq) 1/8 final mərhələsində Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

3 qat dünya və 3 qat Avropa çempionumuz Hacı Əliyev (65 kq) eyni raundda Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) duelinin güclüsü ilə, Maqomedxan Maqomedov (97 kq) isə Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Həmçinin Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) görüşünün güclüsü ilə döşək üzərinə çıxacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.


Share: