H1N1 virusuna yoluxanların sayı artıb

Son iki həftə ərzində qrip virusuna yoluxanların sayında artım müşahidə olunur. Müşahidə olunan bütün vuruşlar H1N1 virusunun oxşarıdır.

Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Elmi Mərkəzinin sədri Paata İmnadze jurnalistlərə söyləyib. Onun sözlərinə görə, bu mövsümün ən çox yayılan virusu “donuz qripi” kimi tanınan H1N1 virusudur.

Mərkəzin sədri bildirib ki, dekabrın 23-dək olan məlumata görə, ölkə ərazisində hər 100 min nəfərdən 185-də virusla xəstələnmə qeydə alınıb (hər 100 min nəfərdən 450-si xəstələndikdə epidemiya hesab edilir). Vəziyyət hələlik epidemiya xarakteri almasa da risk böyükdür.

Gürcüstanın baş infeksioloqu ölkə əhalisinə və xarici turistlərə, qonaqlara müraciət edərək onları ehtiyatlı olmağa, xəstəliyin əlamətlərinin hiss olunduğu anda həkimə müraciət etməyi məsləhət görüb.

Share: