“Həzrət Aişənin adını xatırladır” deyib çayın adını dəyişdirdilər – FOTO

Çində müsəlmanların sıxlıqla yaşadığı Ningşiada olan “Aiyi” çayının adı Həzrət Aişənin adını xatırlatdığı üçün dəyişdirilib.
Müstəqil.az xəbər verir ki, Həzrət Məhəmmədin həyat yoldaşı Həzrət Aişənin adını xatırladan çayın adı ilə bağlı qərar regionda İslamın təsirini məhdudlaşdırmaq məqsədilə alınıb.
Qeyd edək ki, 2 ay əvvəl regiondakı camaat tikinti icazəsi olmadan inşa olunduğu irəli sürülən məscidlərinin dağıdılması qərarına etiraz üçün aksiya keçirmişdi.
Bölgədəki dini qruplar hakimiyyətin xalqı dindən uzaqlaşdırmaq istədiyini və bu səbəblə də kilsələri bağlayaraq Buddist məbədlərinə uşaqların getməsi qadağan etdiyini bildiriblər.
Share: