Həyat

(Hekayə)

Elvin həmişə qəribəliklərlə qarşılaşlırdı. Ona elə gəlirdi ki,  başqa şagirdlərlə müqayisədə həyatı tam fərqlidir. Məsələn, o, öz-özünə həmişə deyirdi: Mənim həyatım çox sıxıcıdır, hər gün müəllim mənə hirslənir. Artıq təngə gəlmişəm.

Elə bu  gün bunu dedi.  Səhər dərsdə bikef otururduğunu görən Dəfnə ona soruşdu:

– Qurtulan oldu, yoxsa yox?

Elvin heç nə başa düşmədi, suala sualla cavab verdi:

– Nəəəə….?

– Suala sualla cavab verməkdə deyəsən elə…  – deyə Dəfnə güldü.

– Necə belə rahat gülürsən? Bir dəə kim hardan qurtulub? – Elvin fikrindən yayınsa da yenə də Dəfnənin sualından və gülüşündən bir şey anlamadı.

– Birincisi, sual əslində belə olmalı idi-belə rahat necə gülürsən? İkincisi isə, elə fikrə dalmısan ki, elə bil gəmilərin dəryada batıb. Başa düsdün?

Dəfnə Elvinə canyananlıqda etməyi unutmadı:

– Özü də sən niyə həmişə belə  kefsiz, nəşəsiz olursan, hə?

Elvin:

– Bimirəm, heç vaxt nəşəli olmamışam.

– Heç vaxt olmamısan?

– Yox!

– Doğrudan?

– Əlbəttə, yalan niyə danışmalıyam ki?

– İndi görərik, sən nə vaxtsa nəşəli olmusan, yoxsa yox-deyə Dəfnə qımışdı, – Məsələn, ad günündə sənə təzə nəsə alınanda, ananı qucaqlayanda da sevinmirsən?

– Sevinirəm, həm də çox.

– Gördün, sevinibsən! –Dəfnə sevincək dilləndi. – Demək bikef olmadığın vaxtların da çox olub. Bax , hamının həyatı bir kinodur, hamı öz həyatının baş rolundadır…..

Vaxtını  yaşamağa,  sərf elə! Çünki, boş zaman yoxdur, boşa keçmiş zaman vardır – Rabindranat Taqor belə deyib, bildin?

-Bildim… – Elvin kefsiz halda dilləndi, mən elə öz həyatımın baş rolunu oynayıram.

Zəhra Ceyhunqızı,
Abseron, Mehdiabad qəsəbəsi, 3 sayli məktəbin şagirdi

 

 

Share: