“Həyat evə sığar…”- Balaca məktəbli hər kəsi evdə qalıb dərslərini oxumağa davam etməyə səsləyir…

Cavadzadə Səma Lənkəran şəhər Boladı kənd orta məktəbinin 3-cü sinif şagirdidir.O,zəkalı,ağıllı  bir qız olmaqla yanaşı həm də dərs əlaçısıdır. Səma bir çox sınaq imtahanlarında 1-ci ,2-ci yerlər qazanaraq müxtəlif diplomlarla təltif olunmuşdur.

Doğulduğu gündən serebral iflic xəstəsi olan,görmə problemi olan və yeriyə bilməyən 6 yaşlı bacısı Mirayın sağlamlığı üçün də anasına dəstək olur,onun ev idmanlarını vaxtında yerinə yetirməsinə kömək edir.Bacısına  kitablar oxuyur, maraqlı nağıllar danışır.

Bütün məktəblilər kimi Səma da bu gün qlobal pandemiya ilə əlaqədar məktəb dərslərinə online olaraq evdən davam edir.

O,yenə də böyük həvəslə dərslərini hazırlamağa davam edir, yenidən məktəblərin açılacağı günü səbirsizliklə gözləyərək hər kəsi qaydalara əməl edib bu çətin günləri alnı açıq ,üzü ağ keçməyə səsləyir.

Müstəqil.Az bu istedadlı,savadlı balaca məktəbliyə daha böyük uğurlar arzulayaraq onun hazırladığı video görüntüləri təqdim edir:

 

 

 

 

Aysel Səfərli

Müstəqil.Az

Share: