“Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı işıq üzü görüb

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli 4 saylı qərarı ilə “Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı çap edilib. Kitabın müəllifi Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Baba Babayevdir. Kitab “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezidentin Sərəncamına əsasən çap olunub.
“Sənətkarın elmi pasportu – 40” seriyası ilə nəşr olunan monoqrafiyanın elmi məsləhətçisi və “Azərbaycan kinosunun əfsanəsi – Publisist bədii nəsrin yaradıcısı” başlıqlı ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərli, rəyçisi filologiya elmləri doktoru, professor Təyyar Salamoğludur.
Monoqrafiyada görkəmli yazıçı, kinodramaturq, senarist, kinorejissor, publisist Həsən Seyidbəylinin çoxcəhətli yaradıcılığı müasirlik duyğusunun gücü ilə elmi səviyyədə araşdırılır. Üç fəsildən ibarət monoqrafiya 220 səhifədir. Kitab “Elm və təhsil” nəşriyyatında nəşr edilib.
Monoqrafya “Həsən Seyidbəylinin həyatı və ədəbi-ictimai fəaliyyəti”, “Yazıçının yaradıcılıq axtarışları: hekayələrində sosial həyatın bədii əksi”, “Həsən Seyidbəyli yaradıcılığının nəsr təkamülü: povest və romanlarında sosial həyat və onların üslub fərdiyyətləri” fəsillərindən və Nəticədən ibarətdir. “Yazıçı və zaman” başlıqlı Son sözün müəllifi isə filologiya elmləri doktoru, professor R.Əliyevdir.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Share: