replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Hərbi Prokurorluqda Xocalı soyqırımına həsr olunan elmi-praktiki konfrans keçirilib

Fevralın 24-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən “Unikal”-a bildiriblər ki, əvvəlcə şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Memorial Soyqırımı Muzeyini ziyarət edən konfrans iştirakçılarına muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanları barədə məlumatların əks olunduğu slayd nümayiş etdirilib.
Konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücumundan,  dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından, 1275 nəfərin girov götürülməsindən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışıb.

O, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.
Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən nəhəng işlər, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı yorulmaz fəaliyyətindən söz açıb.
Digər natiqlər bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə çıxış edib və ətraflı fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Əsrin faciəsi” videoçarxı nümayiş etdirilib.

  • Hərbi Prokurorluqda Xocalı soyqırımına həsr olunan elmi-praktiki konfranskeçirilib
  • Hərbi Prokurorluqda Xocalı soyqırımına həsr olunan elmi-praktiki konfranskeçirilib

Müstəqil.Az

Share:
adana eskort - eskort adana - escort - eskort - adana escort bayan -

seo

- istanbul avukat