Hərbi helikopter qəzaya uğradı – Pilotlar həlak oldu

Əfqanıstanda helikopter qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, ölkənin şimalındakı Baqlan vilayətində hərbi helikopterin qəza enişi etməsi nəticəsində 2 pilot dünyasını dəyişib.

Əfqanıstan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə aid helikopterin MD-530 tipli olduğunu açıqlayıb.

Qəzanın texniki nasazlıq səbəbilə meydana gəldiyi bildirilir.

 

Müstəqil.Az

 

Share: