Hərbi ekspert: “Qərb nüvə zərbəsinə qarşılıq Ukraynadakı Rusiya qruplaşmasına zərbə endirməyə hazırdır”

NATO və ABŞ Rusiyadan gələn nüvə təhdidlərinə cavab verməyə başlayıblar.

Kremlə xəbərdarlıq edilib ki, Qərb Ukraynadakı Rusiya qruplaşmasına zərbə endirməyə hazırdır.

Bu barədə hərbi ekspert Oleq Jdanov açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Rusiya Federasiyasının nüvə silahı ilə bağlı hərəkətlərini diqqətlə izləyir.

“Bu gün döyüş meydanında “İsgəndər” kompleksi və “Toçka-U” kompleksi kimi nüvə silahından istifadə vasitələri var. Lakin ABŞ açıq şəkildə bildirir ki, Rusiya qoşunlarının Ukraynada nüvə silahından istifadə etməsi barədə danışıqlar başlayan kimi onlar adi silahlardan istifadə edərək qabaqlayıcı zərbə endirəcəklər. Çatdırılma vasitələrinin (nüvə silahlarının çatdırılması – red.) maşrutu üzrə və ya nüvə silahlarını saxlama yerindən istifadə yerinə daşıyan konvoylara zərbələr endirilməsi mümkündür”, – deyə Jdanov qeyd edib.

Mənbə: UNİAN

Share: