“Hərbçilərimizi şirnikləndirmək istəyənlər peyda olub”

“Azərbaycan hərbçilərini şirnikləndirmək istəyənlər peyda olub, bunun qarşısı alınmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.

Deputat qeyd edib ki, ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur: “Əfqanıstanda xidmət edən hərbçilər də daxil olmaqla onlara müxtəlif formada vədlər verilir. 

Muzdlu şəkildə proseslərdə iştirak etmələri üçün əmək haqları təklif olunur. Bunun qarşısı kəskin şəkildə alınmalıdır. Bir çox vətəndaşımızı şirnikləşdirərək vaxtilə İŞİD-ə cəlb etmişdilər. Odur ki, buna yol verilməməli, qanunla tənzimlənməlidir”.

Zaur Mirzə


Share: