“Hər şeyi tərsinə çevirəcəklər” – Trampın Ağ Evdəki görüşünün SƏS YAZISI YAYILDI

ABŞ prezidenti Donald Trampın bu həftənin birinci günü Ağ Evdə xristian dini rəhbərlərinin, xüsusilə xristianlığın evanqelist təriqətinin liderləri ilə görüşünün səs yazıları yayılıb.

Publika.az xəbər verir ki, səs yazılarını “The Nyu York Times” qəzeti dərc edib.

Tramp yemək masasında dini liderlərə “sahib olduğunuz hər şeyi itirməyə sadəcə bir seçki uzaqdasınız” deyərək, onları noyabrın 6-da keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərdə respublikaçılara səs verməyə çağırıb. Daha sonra “Konqresi itirsək, hər şeyi itirərik” deyə o bildirib.

“İndiyə qədər etdiyimiz hər şeyi tərsinə çevirəcəklər. Bunu şiddət yolu ilə edəcəklər. Ortada şiddət var. “Antifa” (faşizm əleyhinə hərəkat) və digər qruplara baxın. Bunlar şiddətlə hərəkət edirlər”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, son 2 ildə Antifa hərəkatı və digər qrupların ABŞ-da ağdərililərin qaralar və digər irqlər üzərində üstünlüyünü bərpa etmək üçün mitinqlər təşkil etməsi halları artıb.

Share: