Hər bir Azərbaycan oğlu qəhrəmandır

Coşqun AĞAYEV

Uşaqlıqdan istər məktəbdə istərsə də oxuduğumuz kitablardan qəhrəmanlarımız haqqında məlumalar almlşıq. Bəzən elə anlar olub ki insan həmən şəxslərlə eyni zamanı hətda eyni hadisələri yaşamaq arzusunda olub. Bəlkə də çox istədiyimiz üçün Allah bu günləri bizə görməyi nəsib etdi. Azərbaycan xalqı mərd, dözümlü xalqdı.

Tanrı xalqımız üçün mənəvi dəyərlərlə yanaşı kifayət qədər maddi nemətlər bəxş edib. Elə bu nemətlərin çox olması bizə daha çox bədnam qonşuların tamahları ilə mübarizə aparmağı qismət edib. Tarix boyu işğalla mübarizə aparan xalqımız daha da mübariz olmağı öyrənib. Birinci Qarabağ müharibəsindən sonra torpaqlarımızın işğal altında qalması çox sarsıdıcı idi. İnsan bəzən axı mənim xalqım bunu necə qəbul edib deyib dururdu. Axı mənim tariximdə elə igid qəhrəman oğullar olub ki indi oların ruhu məzarında dayana bilmir düşünürdü. Bəlkə də bu səbəbdən
Ötüb keçən tariximdə
Qoç igidlər saxlayıram
Bu günsə öz vətəimdə
Vətən deyib ağlayıram
 
Babaların başdaşına
Torpağımın hər daşına
Tapdanan hər qarışına
Vətən deyib ağlayıram
 
Ayağa qalx ana vətən
Əldə silah öndə düşmən
Bu arzuyla hər gecə mən
Vətən deyib ağlayıram-
 
demişdim. Çünki bilirdim və inanırdım ki, xalqımın qüdrəti, xalqımın qeyrəti buna imkan verməyəcək. O torpaqları görməsək də, o torpaqlarda yaşamasaqda ora bizim vətənimizdir. Hər qarışı bizim üçün evimizin içi qədər qiymətli və dəyərlidir. Birinci Qarabağ müharibəsində və sonrakı dövrlərdə igidlik göstərən yüzlərlə minlərlə oğullarımız olub. Hər biri bizim üçün əzizdir. Hər biri torpaqlarımızın azadlığı uğrunda canlarını verib və ya canlarını verməyə hazır olub, düşmənlə mübarizə aparıb. Lakin həyatda elə hadisələr olur ki bu hadisə zamanı bir nəfər bütün hadisənin ən məsuliyyətli nöqtəsini öz üzərinə götürərək hər şeyi dəyişməyə yeniləşdirməyə müvəffəq olur. Elə tariximizə baxanda da Cavanşir, Babək kimi digər sərkərdələrimizin dövründə də onlarla bərabər gücə və qüvvəyə malik oğullar olub. Koroğlu dastanında Koroğlu Gizir oğlu Mustafabəy haqqında dediyi kimi
 
Bir atı var alapaça
Aman verməz qırat qaça
Şeşpərinin ucu haça
Gizir oğlu Mustafabəy
 
Hay deyəndə haya basar
Huy deyəndə huya basar
Koroğlunu suya basar
Gizir oğlu Mustafabəy.
 
Mövzunu bu qədər uzun yazmaqda məqsədim odur ki, əslində hər bir Azərbaycan oğlunun qəhrəman olduğunu izah edim. Amma yuxarıda da qeyd etdiyim kimi bəzən elə anlar olur ki o anda Cavanşir, Babək və ya bütün hadisəni dəyişə biləcək biri çıxır ortaya və hər şeyi dəyişir. Sovet idealogiyasından sonra eyni zamanda Birinci Qarabağ müharibəsindən sonra sanki insanlarda özünə inam itmişdi. Sanki biz həmən o xalq deyildik. Bu anda Mübariz gəldi və bütün hadisəni dəyişdi. Canı bahasına etdi bunu amma etdi. Həm də elə bir şey etdi ki, artıq hər kəs Mübariz oldu. Artıq hər bir Azərbacan oğlu və hətda deyərdim ki Azərbaycan qızı Mübariz olmaq arzusu etdi. Aprel döyüşləri bunun bariz nümunəsi oldu. Aprel şəhidlərindən tanıdığım nur üzlü şəhidimiz Fərahim Novruzov da Mübariz kimi olmağı istəmişdi və oldu da. O da canı bahasına etdi bunu. Azərbaycan xalqı özünə inamı, öz gücünü qazanmışdı.
Artıq bu hadisələrdən sonra birləşmək lazım idi. Bilirdim ki bir xalq olaraq birləşsək qarşımızda heç bir qüvvə dayana bilməz. Bilirdim ki, bu xalq ayağa qalxsa bu xalq birləşsə torpaqlarımız tez bir zamanda işğaldan azad olunacaq. Belə də oldu. Bu zaman Polad Həşimov və onunla birgə digər 11 qəhrəmanımız gəldi. Mübariz İbrahimov Azərbaycan xalqına öz gücünü qaytardığı qədər də Polad Həşimov birləşməyi, bir olmağı gətirdi. Bu iki qəhrəmanımızın biri xalqımızı gücünün digər xalqımızın həmrəyliyinin simvolu oldu. Və o gün gəldi. Polad Həşimov və digər şəhidlərimiz zəfərin təməlini qoydu. Onlar da öz canları bahasına. Amma bu dəfə xalqımız misli görünmmiş bir birlik həmrəylik nümayiş etdirdi. Elə Polad Həşimova layiq bir olduq və bunun sayəsində cəbhədəki oğullarımız Mübariz İbrahimova layiq döyüşüb mənfur düşməni işğal etdikləri müqəddəs torpaqlarımızdan qovdu. Həm də canları bahasına.
Allah bütün şəhidlərimizə rəhmət etsin, qaziərimizə, əsgərlərimizə can sağlığı qismət etsin. Amin.
İndi bir azrumuz qalıb. Allah bizə o torpaqlaı görməyi nəsib etsin. Bilirəm ki bəlkə də çoxu Şuşanı görmək istəyir. Elə mən də istəyirəm. Amma mən ən çox Xocalını görmək istəyirəm. Allah qismət edər inşaallah.
Share: