“Hər an cavab verə bilərik” – Səudiyyə İranı hədələdi

“Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İran silahlarından istifadə olunub. Bu hücumlara cavab verilməsi hələ də gündəmdədir”.

Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.

Adil el-Cübeyr rəsmi Ər-Riyadın müharibə istəmədiyini, amma hazırkı durumun da qəbuledilməz olduğunu bildirib:

“İran bölgədəki davranışlarını ölçüb-biçməlidir. “Aramco” neft müəssisəsinə hücumda istifadə olunan silahlar İrana aid idi və biz buna cavab verməyə hazırıq”.

Əlavə edək ki, sentyabrın 14-də Yəməndən Pilotsuz Uçan Aparatlarla (PUA) Səudiyyə Ərəbistanının neft müəssisələri (“Armaco”) vurulub.

ABŞ və Səudiyyə Ərəbistanı baş verən olaya görə İranı ittiham edir./teleqraf

Share: