“Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər”

“Bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var” – Mirziyoyev bildirib.


Share: