Hənifə Şəbnəmin “Ağlama, könlüm ağlama” şeirlər kitabının təqdimatı keçirilib.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Hənifə Şəbnəmin “Ağlama, könlüm ağlama” şeirlər kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, ictimai birlik olaraq fəaliyyətimizdə neçə-neçə yaradıcı şairlərin yaradıcılığı işıqlandırılır, bu gündə ənənəmizə sadiq olaraq, Hənifə Şəbnəmin “Ağlama, könlüm ağlama” şeirlər kitabını ictimaiyyətə təqdim etdik. Hənifə Şəbnəm sözü gedən kitabında, real hadisələrdən təsirlənərək, acılı-şirinli günlərini bədii sözlərlə, ən gözəl şəkildə tərənnüm etmişdir.
Tədbirdə çıxış edən, QHT-nümayəndələri, saz-söz adamları Hənifə Şəbnəmin yeni işıq üzü görmüş kitabında, müəllifin iç dünyasının nə qədər zəngin olmasına bir daha şahidi olaraq, onun yaradıcılıq xüsusiyyətləri haqqında danışılıb.
Sonda Hənifə Şəbnəm yeni işıq üzü görmüş kitabını qonaqlara hədiyyə edərək, gələn bütün iştirakçılara və tədbirin təşkilatına görə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə dərin təşəkkürlərini bildirib.

Müstəqil.az

 

Share: