“Hələliksə Atəşkəs üşüdür səngərləri…”-Sehran Allahverdi…

 

27-ci qar qızı
 
Köhnə ilin son günləri…
Bir addımlıqdadı yeni il.
Atəşfəşanlıq başlayacaq
Çox keçmədən.
 
Hələliksə
Atəşkəs üşüdür səngərləri.
Yəqin qar yağır indi oralara,
Adamsız küçələrə,
Damsız evlərə,
LütLənmiş agaclara.
 
Qar yağır indi
Dözüb qalmış,
Budağından qopmamış yarpaqlara da,
İşğalda olan torpaqlara da.
 
Yenə
Namusagir olub gəlir Yeni il,
Qardan ag tutub üzünə də.
Axı o gələndə hər yerə gəlməlıdı…
Səngərin o üzünə də.
 
Gəlir…
Yenə qoca,
Xəstə şaxta babasıyla,
Bakirə qarqızıyla gəlir.
Bir igidın ömrünə
Göz yaşını silə-silə gəlir.
31-i saat 00:00-da əsir düşəcəyini
Bilə-bilə gəlir.
 
Yenə şeirim kimi
Şuşa, Xocalı üşüyəcək,
27-ci qar qızımız əsır düşəcək.
 
Sehran Allahverdi
30 Dekabr 2018.
Share: