Həkim,yazar Məlahət Hümmətqızının “Villa” adlı yeni romanı çapdan çıxdı

Müstəqil.Az bildirir ki, “Elm və Təhsil” nəşriyyatında sevilən həkim,yazar  Məlahət Hümmətqızının  “Villa”  adlı yeni romanı işıq üzü görüb.

Kitaba daxil edilən  roman, povest və hekayələrdə  qadın obrazlarına geniş yer verilmiş, cəmiyyətimiz üçün aktual olan ciddi məsələlər qoyulmuşdur.

”Villa” yaşadığımız dünyanın  rəmzi kimi  müxtəlif xarakterli  surətləri, müəyyən hadisələri qarşı-qarşıya qoyur, bir çox insani keyfiyyətləri və maddiyyat  hərisliyinin  doğurduğu  faciələri  bədii şəkildə  oxucuların müzakirəsinə verir.

Kitabın ön söz müəllifi  filologiya elmləri doktoru, professor Vaqif  Yusiflidir.

Kitaba son vaxtlar mətbuat orqanlarında  çıxan “Yuxu” povesti, “Ata yadiğarı”, “Qorxu”, “Təşəkkür borcu”, “Köhnə  royal”, “Yalan”, “Tənha  qadın” hekayələri də daxil  edilmişdir.

Müəllifə yaradıcılıq uğurları, bol oxucu kütləsi arzulayırıq.

 

Müstəqil.Az

Share: