“Həkimlərin söz dünyası” təqdim edildi…

Müstəqil.Az bildirir ki,Atatürk mərkəzində “Həkimlərin Söz Dünyası” adlı 56 müəllifin,həkim-yazarların
əsərləri toplanmış kitabımın təqdimat mərasimi maraqlı və yaddaqalan bir tədbir kimi çox uzun zaman yaddaşlardan silinməyəcək.

Kitabın ərsəyə gəlməsində ilk öncə kitabın baş məsləhətçisi həkim,şair,alim;Millət vəkili Musa Urud(Quliyev), əvəzsiz zəhməti olan kitabın tərtibatçısı və redaktoru, tanınmış həkim-şair Əfrahim Hüseynli,həkim-yazar,Millət vəkili Qənirə xanım Paşayeva,ideya müəllifi,Azərbaycan və Rusiya Yazarlar birliyinin üzvü,istedadlı şair Afaq xanım Şıxlı çıxış edib kitab haqqında çox ətraflı məlumat verərək bildirdilər ki, bu kitab Azərbaycan oxucularına,eləcə də ədəbiyyatımıza əvəzsiz bir töhfədir.

Həkim yazarlar Kitaba ön söz yazmış filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıya  və zəhməti keçən hər bir şəxsə dərin təşəkkürlərini bildiriblər.

Azərbaycan dövlət himni ilə başlayan tədbiri Həkim-yazar,QMİB-nin sədri Hacı Azadə xanım Taleh bütün həkim-yazarları təbrik edərək  açıq elan edib.

Tədbirdə həkim-yazarlardan professor Paşa Qəlbinur,polkovnik ,həkim-yazar Ramiz Duyğun, Rusiyadan məxsusi tədbir üçün təşrif buyurmuş həkim-yazar Solmaz xanım Qəribsəs, Şahin Musaoğlu,Zakir Ağdamlı,Tofiq Nurəli,Tamilla xanım Şəfəq,İntiqam Bağırov,Rəfiqə xanım Abbasova və digər həkim-yazarlar çıxış ediblər.Sonra hər bir həkim-yazar QMİB-nin təsis etdiyi “HİPPOKRAT” diplomu ilə təltif olunub.

Tədbirdə şairlər,yazıçılar,ədəbiyyatsevərlər iştirak edərək həkim yazarları təbrik edib və  şərəfli sənət sahiblərinə yaradıcılıq uğurları arzulayıblar.
Bu kitab hər bir yaradıcı həkimin iç dünyasının pıçıltılarının güzgüsüdür desək yanılmarıq.
Ümidvaram ki,kitabı həm həkimlərin,həm də ədəbiyyatsevərlərin
stol üstü kitabı olacaq və sevilərək oxunacaqdır.
Bu münasibətlə hər bir həkim yazarı təbrik edir, həkimlik və yaradıcılq fəaliyyətində uğurlar arzu edirik.

Rəfiqə Abbasova(həkim,yazar)

Müstəqil.Az

No hay descripción de la foto disponible.

Share: