Həkimi ölümünə döydülər – Video

İki həkim onlara müraciət edən vətəndaş tərəfindən möhkəm döyülüb.

Müstəqil.Az Teleqraf.com -a istinadla xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərindəki Yunis Əmrə Ailə Sağlamlıq Mərkəzində baş verib.

Döyülmə hadisəsi martın 29-da baş versə də, onun görüntüləri bu gün ortaya çıxıb.

Məlumata görə, həkim Nuri Ersoy Yoğrutçuoğlunun yanına gələn bir xanım ərinin xəstə olduğunu və ona müalicə təyin edilməsini istəyib. Həkim isə xəstəni görmədən müalicə yazmağın mümkünsüzlüyünü bildirib. Həkimi söyən xanım xəstəxananı tərk edib. Az sonra xəstəxanaya xanımın əri gəlib və həkimi döyməyə başlayıb. Bu zaman həkim Əlif Çağlayanın əri Əli Türk araya girib. Lakin o da hücuma məruz qalıb. Xəstəxanadakı qarışıqlığı görən yaxındakı iaşə obyektlərinin əməkdaşları hadisə yerinə gələrək, tərəfləri ayırmağa çalışıb. Bu zaman hücum edən şəxsin 4 tərəfdarı da hadisə yerinə gəlib və təkrar həkim Yoğrutçuoğluna hücum edilib. Həkimin burnu qırılıb. Digər həkim çağlayanın əri Əli Türk isə başından zədə alıb.

Hazırda hadisə məhkəmə tərəfindən araşdırılır.

 

 

Share: