Həbsxanaya bağışlanan banan qutularından nələr çıxdı… – Şok foto

ABŞ-ın Texas ştatında həbsxanaya bağışlanmış banan qutularının içərisində dəyəri 18 milyon dollar olan kokain aşkar edilib.

 

Müstəqil.az  xəbər verir ki, həbsxanaya bağışlanmış banan qutuları onları limandan gətirməyə gedən cəzaçəkmə müəssisəsinin əməkdaşlarının diqqətini cəlb edib.

Qutuların daşınması zaman bir qutunun digər banan qutuları ilə müqayisədə ağır olduğu nəzərə çarpıb.

Qutulara baxış keçirilib və 540 ədəd kokain paketi aşkarlanıb.

Texas polisi faktla bağlı cinayət işi açıb, araşdırmalara başlanılıb.

Share: