Avtobus qəzasında 13 nəfər öldü

Hindistanda avtobus qəzası olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ximaçal-Pradeş ştatının 65 kilometrliyində baş verib. Ölkənin  şimalında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 13 nəfər həlak olub. Hadisə zamanı daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Məlumatına görə, on nəfər hadisə yerində keçinib. Ölənlər arasında 7 yaşlı uşaq da var.

Share: