Həbibin əmisi oğlu həbs edildi

UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Usman dostunun da saxlanıldığı Moskvadakı müvəqqəti saxlama təcridxanalarından birinə aparılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, MMA döyüşçüsü olan Usman Nurməhəmmədov Dağıstanda polisə hücumda şübhəli bilinir.

“Moskvadakı müvəqqəti saxlama təcridxanalarının birinə aparılıb, məhkəməyə qədər orada qalacaq. Yoldaşı da ordadır”, – mənbə bildirib.

İstintaq müəyyən edib ki, noyabrın 11-də Mahaçqala aeroportunun nəzarət-buraxılış məntəqəsində polislər tünd şüşələr və dövlət qeydiyyat nişanı olmayan “Toyota Kamri” markalı avtomobili saxlamaq istəyiblər. Sürücü avtomobili saxlamayıb və qoruyucu baryeri qıraraq qaçmaq istəyib.

Olay Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin birbaşa nəzarətində olub.

Müstəqil.Az

Share: