Gürşad olub od yağana səs verin, Rəcəb Tayyib Ərdoğana səs verin

Dayandur Sevgin

Azərbaycan xalqının sevimlisi, Azərbaycanın prezidenti cənab İlham Əliyevin ürəkdən qardaş dediyi, ağır günlərimizdə ölkəmizə maddi və mənəvi dayaq olan, Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Cumhur başqanı seçilməsi arzusuyla yazdım bu şeiri.Tağıyev Dayandur Mikayıl oğlu) Azərbaycan Yazıçılar Birliyi, “Ulduz” dərgisinin poeziya şöbəsinin redaktoru, Prezident mükafatçısı. Tel: 994 50 347 63 97,   994 70 347 63 97

Ərdoğana səs verin

Kürəyini söykə belə sən haqqa,
Türk qardaşım könül verməz nahaqqa,
Həqiqətə, ədalətə, ya haqqa
Doğru yola düz ünvana səs verin,
Rəcəb Tayyib Ərdoğana səs verin.

Heç bilinmir amalı nə, qəsdi nə,
Dünya durub bu gün Türkün qəsdinə,
Aslan kimi düşmənlərin üstünə,
Gürşad olub od yağana səs verin,
Rəcəb Tayyib Ərdoğana səs verin.

Əməlindən təzə xeyir doğulsun,
Şər olanı, elə vur ki, yox olsun,
Qan deyəni öz qanında boğulsun,
Can deyənə, Xan, Xaqana səs verin,
Rəcəb Tayyib Ərdoğana səs verin.

Sərt baxışla neçə lider yanıdı,
O gələndən dünya Türkü tanıdı,
Növbə sənin, indi qeyrət anıdı,
Türkəm deyən bir cahana səs verin,
Rəcəb Tayyib Ərdoğana səs verin.

Türk oğlusan, Boz qurd olub öz adın,
Azadlığın, Hürriyətin bil dadın,
İstəyirsən, xoşbəxt olsun övladın,
Gur işıqlı asimana səs verin,
Rəcəb Tayyib Ərdoğana səs verin.

Musiqili, məhəbbətli dil Türkün
Qönçə Türkün, çiçək Türkün, gül, Türkün,
Türkdən başqa dostu yoxdur bil Türkün,
Tanrı haqqı din, imana səs verin,
Rəcəb Tayyib Ərdoğana səs verin.

 

Erdoğan’a oy verin

Sırtını yaslay ver böyle sen hakka,
Türk gardaşım gönül vermez nâhakka,
Hakikate, adalete, ya hakka
Doğru yola düz unvana oy verin,
Recep Tayyip Erdoğan’a oy verin.

Hiç bilinmez amacı ne, kastı ne,
Dünya durup bugün Türk’ün kastına,
Aslan gibi düşmanların üstüne,
Kürşat olup ot yakana oy  verin,
Recep Tayyip Erdoğan’a oy verin.

Amelinden taze hayır doğulsun,
Şer olanı, öyle vur ki yok olsun,
“Kan” diyeni öz kanında boğulsun,
“Can” diyene,  Han, Hakana oy verin,
Recep Tayyip Erdoğan’a oy verin.

Sert bakışla kaç lider yanıdı,
O geleli dünya Türkü tanıdı,
Sıra sende, şimdi şeref anıdı,
Türküm diyen bir cihana oy verin,
Recep Tayyip Erdoğan’a oy verin.

Türk oğlusun, Bozkurt olup öz adın,
Azatlığın, Hürriyetin bil dadın,
İster misin hoş baht olsun evladın,
Gür ışıklı asimana oy verin,
Recep Tayyip Erdoğan’a oy verin.

Musikili, muhabbetli dil Türkün
Gonca Türk’ün, çiçek Türk’ün, gül, Türk’ün,
Türk’ten başka dostu yoktur bil, Türkün,
Tanrı hakkı din, imana oy verin,
Recep Tayyip Erdoğan’a oy verin

Share: