Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri işdən çıxarılıb

Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib.

-nın Tbilisi müxbiri xəbər verir ki, müvafiq qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.

“Kəşfiyyat Xidməti haqqında Gürcüstan Qanununun 9-cu maddəsinin birinci bəndi əsasında general-mayor Şalva Lomidze Gürcüstanın Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad edilsin”, – baş nazirin sərəncamında qeyd edilib.

Share: