GÜRCÜSTANDAN BAKIYA ekskursiyaya gələn, məktəblilər olan avtobus aşdı…

Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb. (apa)

***

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

Müstəqil.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

***

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

Avtobusda Tbilisidən Bakıya gələn Gürcüstan vətəndaşı olan 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib. (apa)

***

Hacıqabul rayonu ərazisində sərnişin avtobusu idarəetməni itirərək “KamAZ” markalı yük maşını ilə toqquşub.

Müstəqil.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən avtobus Gürcüstana sərnişin aparırmış. “KamAz”la toqquşandan sonra avtobus yoldan kənara çıxıb. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova  bildirib ki, hadisə nəticəsində ölən olmasa da, yaralananlar var: “Yaralılar hazırda təcili yardım vasitəsilə xəstəxanalara aparılır. Yaxın saatda yaralıların vəziyyəti və sayı barədə məlumat veriləcək”.

Share: