Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı yenidən artdı

Gürcüstanda son sutkada koronavirusa 529 yeni yoluxma halı təsdiqlənib, 326 nəfər sağalaraq evə buraxılıb. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 282 789-a, sağalanların sayı isə 273 930-a yüksəlib.

Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən vəfat edənlərin sayı 13 nəfər artaraq 3 798 olub.

Ermənistanda isə son sutkada daha 11 16 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 194 852-yə çatıb. İndiyədək 174 545 pasiyent infeksiyadan sağalıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 552-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 904 nəfərdir.

Müstəqil.Az 

Share: