Gürcüstan və Ukrayna pley-off mərhələsində

AVRO-2024-ün pley-off mərhələsində növbəti oyunlar keçirilib.

xəbər verir ki, A Liqasında Polşa Estoniyanı 5:1, Uels Finlandiyanı 4:1 hesabı ilə məğlub edib.

B Liqasında Ukrayna Bosniya və Herseqovinanı 2:1, İslandiya İsraili 4:1 hesabı ilə üstələyib.

C Liqasında Yunanıstan Qazaxıstanı 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Daha əvvəl isə Gürcüstan seçməsi Lüksemburqa 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, pley-offun finalında Polşa – Uels, Ukrayna – İslandiya və Gürcüstan – Yunanıstan komandaları üz-üzə gələcəklər. Oyunlar martın 26-da keçiriləcək.

Share: