Gürcüstan və Ermənistan bu məsələdə anlaşdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistandakı rəsmi təmasları çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstanın Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, İrəvanda keçirilən iqtisadi komissiyanın iclasının sonunda Qaribaşvili və Paşinyan Gürcüstan və Ermənistan arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş prosesinin başlanmasına dair saziş imzalayıblar.


Share: