Güney azərbaycanlı məhbus Nobel Sülh mükafatına namizəd oldu

Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nobel Sülh Mükafatına namizəd olub.

Kulis.az xəbər verir ki, Oslo Sülh Araşdırmaları İnstitutunun direktoru (PRİO) Henrik Urdal tərəfindən açıqlanan qısa siyahıya İnsan Hüquqlarını Müdafiə Birliyinin Güney Azərbaycanın Zəncan şəhərindən sədr müavini, hazırda həbsdə olan Nərgiz Məhəmmədinin namizədliyi daxil edilib.

2022-ci ildə N.Məhəmmədi Parisdə Sərhədsiz Reportyorlar Təşkilatının “Cəsarət” kateqoriyasında mükafatına layiq görülmüşdü.

Share: