Günel Eminli ilə vida mərasimi keçiriləcək

10 iyun saat 17:00-da yazıçı Günel Eminli ilə vida mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, mərasim mərhum yazıçının yaşadığı mənzilin – “Mirvari Residence” kompleksinin həyətində baş tutacaq.

Qeyd edək ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən yazar dünən dünyasını dəyişib.

Günel ədəbiyyat-mədəniyyət saytlarında müxtəlif yazılarla çıxış edib, bir neçə kitabın müəllifi olub.

Share: