“Gülümsəyin,cənablar,gülümsəyin!” -sözü ilə sevilən telejurnalist , yazıçı yeni kitabını təqdim edəcək…

Müstəqil.Az xəbər verir ki, tanınmış telejurnalist, yazıçı Azər Qismətin yeni “İlbizlər” adlı kitabı işıq üzü görüb.

29 dekabr,2021-ci il ,saat 17 :00-da “Azərkitab Kitab Təbliğatı Mərkəzində” kitabın təqdimat mərasimi və imza günün keçiriləcəkdir.

O, həm də “Duman “, “Çuğullar” , “Xanım taksi” kitablarının da müəllifidir.

Hər zaman “Gülümsəyin,cənablar,gülümsəyin!” deyən müəllif xoş ,sevgi dolu təbəssümü ilə oxucularını qarşılayacaq.

Bütün ədəbiyyatsevərlər dəvətlidir.

 

Müəllifə yaradıcılıq uğurları arzulayırıq.

 

 

Ünvan: Akim Abbasov küçəsi 78. (Yasamal parkı ilə üzbəüz)

 

 

Aysel Səfərli

 

Müstəqil.Az

Share: