Güləşçimiz Olimpiya lisenziyasını əldən verdi

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında Olimpiya lisenziyası uğrunda görüşə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda qarşılaşmada Yunanıstan təmsilçisi Georgios Kougioumtsidislə üz-üzə gəlib.

Bayramov rəqibinə uduzub və olimpiadaya lisenziya əldə edə bilməyib.


Share: