Güc üzükləri” filminin ikinci mövsümünün çəkilişləri yekunlaşdı

“Amazon Film Studios” şirkətinin istehsal etdiyi, Con Tolkienin müəllifi olduğu “Üzüklərin hökmdarı” trilogiyasının motivləri əsasında hazırlanan “Üzüklərin hökmdarı: Güc üzükləri” çoxseriyalı fantastik filminin ikinci mövsümünün çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, bahalı televiziya layihələrindən hesab olunan bu ekran əsərində bəhs edilən hekayə qədim dövrdə dünyanın mənşəyi, eləcə də həmin zamanda yaşayan irqlər barəsində olan mifologiya haqqındadır.

Qeyd edək ki, hazırda əksər film istehsal edən studiyalarda film və serialların buraxılışları sürətləndirilir. Səbəb isə Amerika Ssenaristlər Gildiyasının davam edən tətilidir. “Üzüklərin hökmdarı: Güc üzükləri”nin vaxtında yayımlanan bir neçə layihədən biri olacağı düşünülür.

Share: