Gözlərə qəlbindən nur verən həkim…

Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. Insanların ayrılmaz dostu olan bu peşə sahibləri daim bəşərin keşiyində dayanmışlar. Hipokrat və İbn-Sinanın fəaliyyətləri bu sahənin inkişafına ciddi təkan vermişdir. Onların etdiyi dərin tibbi təcrübələr və nail olduqları kəşflər tibb elminin inkişafında əvəzolunmaz töhfələr vermişdir. Müasir zamanda tibb elmi daha sürətlə inkişaf edir.Tanınmış həkim-cərrah S.Fyodorov minlərlə insanın görmə qabiliyyətini bərpa etmişdir. Elizarov, Kasyanov, Cavadzadənin məharətləri bütün dünyaya bəllidir.
Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hər an hazır olmaq lazımdır.
Bu gün işini sevən, onun aludəsi olan, insanların sağlamlığının keşiyində duran həkimlərimiz çoxdur. Belə həkimlərimizdən biri də Paşa Qəlbinurdur. Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuşdur. 1958-1968-ci illərdə Şəmkir rayon Müşfiq adına Çinarlı kənd orta məktəbində oxumuşdur. 1968-1975-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsində təhsil almışdır. 1975-1977-ci illərdə Gəncə şəhər Göz xəstəxanasında və 1 saylı Uşaq poliklinikasında həkim-okulist işləmişdir. 1977-78-ci illərdə N.Nərimanov adına Tibb institutunun göz xəstəlikləri kafedrasında baş laborant işləmişdir. 1978-81-ci illərdə İ.M. Seçenov adına 1-ci Moskva Tibb institutunun göz xəstəlikləri kafedrasının nəzdində dekan müavini işləmişdir.
N.NərimanovadınaTibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981–1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmiə sərin, on elmi kəşfin müəllifidir. On mindən çoxcərrahiyy əəməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda “BrüsselEvrika 2002” sərgisində “Oftalmologiyada yeni dərman preparatı “Aktirol”un kəşfı Böyük qızılmedala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı (şərikli – müəlliflər bacısı Sevinc və tələbəsi OlqaStroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002). Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən “2000 alim və intellektual” seçimində “İlinadamı” mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata (1999), “İman” izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür.
Paşa Qəlbinur həm də şairdir. Ədəbi fəaliyyətə 1978-ci ildə “Ulduz” jurnalının 4-cü sayında çap etdirdiyi “Xal”, “Ay gecəyəhicransıxır”, “Mən ilhamı gözlərimlə görmüşəm” şeirləri iləbaşlamışdır. “Gözlər” adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. “Gənclik” respublika ədəbi birliyinin üzvüdür. 2008-ci ildən DünyaAzərbaycanlıları Konqresinin həmsədridir. Ondan artıq kitabın müəllifidir. Şeirlərinə mahnılar bəstələnmişdir.
Bu gün dəyərli həkimimizin doğum günüdür. Şəfalı əllər sahibi, müqəddəs Söz mülkünün yolçusunu ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun və mənalı ömür, möhkəm can sağlığı arzulayıram??

Gözlərə qəlbindən nur verən həkim

Həyatda nə qədər qəribəlik var,
Qaranlıq gəzərək işıq axtarar.
Bir çox könülləri kədər,qəm sarar.
Gözlərə qəlbindən nur verən həkim.

Neçə arzulara qol-qanad oldun,
Sönmüş ümüdlərdə ocaq qaladın,
Neçə yaralara məlhəm sarıdın.
Gözlərə qəlbindən nur verən həkim.

Necə təvəzükar,necə mehriban
Əriyər sevgiylə rastlaşanda qar,
Ucal bu həyatda daima ucal!
Gözlərə qəlbindən nur verən həkim.

O əllər əkibdir xoş əməlləri,
Görüb sevindiniz bəhrələrini.
Qazandız hər kəsin məhəbbətini.
Gözlərə qəlbindən nur verən həkim.

Həyat yollarınız olsun firavan,
Siz həm şairsiniz,həm də bəstəkar.
Qiymətli kəlməniz sətirdə yaşar.
Gözlərə qəlbindən nur verən həkim.

Leyla Məcidova

Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru
Baş müəĺlim

Share: