Göygöldə yeniyetmə qız özünə bıçaqla xəsarət yetirib

Göygöldə yeniyetmə qız özünə bıçaqla xəsarət yetirib.

Oxu.Az-ın məlumatına görə, 16 yaşlı Aytac Verdiyeva hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 2007-ci il təvəllüdlü qızın xəsarəti yüngüldü. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Share: