Göygöldə mebel salonunda baş verən yanğın söndürüdü

Göygöl rayonunun Quşqara kəndində mebel mağazasında yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə ilə bağlı ilkin məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Göygöl rayonunda yerləşən mebel salonlarından birində baş vermiş yanğın söndürülüb.

Bu barədə  FHN məlumat yayıb.

Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Share: