Göygöldə DƏHŞƏT: qadın özünü qayadan atdı-Yeniləndi

Bu gün Göygöl rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Müstəqil.az xəbər verir ki, ilkin araşdırmalar zamanı özünü Zurnabad kəndində qayadan ataraq intihar edən qadının əslən rayonun Topalhəsənli kəndindən olan 1988-ci il təvəllüdlü Yusifova Aygün Xalıq qızı olması müəyyənləşib.

Bildirilir ki, A.Yusifova 2 uşaq anası olub. O bir müddət əvvəl həyat yoldaşından ayrılıb və Gəncədəki çay evlərindən birində işləyirmiş.

31 yaşlı Aygünün hansı səbəbdən həyatına son qoyması hələlik tam dəqiqləşməyib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

……………………

Göygöl rayonunda qadın özünü qayadan ataraq öldürüb.

Hadisə rayonun Topalhəsənli kəndindən Şəhriyar kəndinə gedən yoldakı qayalıq ərazidə qeydə alınıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (report)

Share: