Göyçayda ağır yol-nəqliyyat hadisəsi: Ölən və xəsarət alanlar var

Göyçayda Bəydövül kəndində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

“Report” xəbər verir ki, VAZ-2106 markalı avtomobillə VAZ-21010 markalı avtomobilin toqquşması zamanı bir nəfər – rayonun Şahsoltanlı kənd sakini, 51 yaşlı Ağayev Ziyaməddin Mirsalik oğlu ölüb, daha dörd nəfər isə müxtəlif xəsarətlər alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: