Göyərtədəki dözülməz qoxu ilə əlaqədar təyyarə təcili eniş etdi

“United Airlines” hava yolları şirkətinə aid layner göyərtədə olan dözülməz qoxu ilə əlaqədar təcili eniş etmək məcburiyyətində qalıb.

Bu haqda  Fox News məlumat yayıb.

İnsident Vaşinqtondan San-Fransiskoya uçan “Boeing 737” sərnişin təyyarəsinin göyərtəsində baş verib. Təyyarə aeroporta eniş edərkən onları xilasedicilərdən ibarət dəstə gözləyib. Bir neçə nəfərin tibbi yardıma ehtiyacı yaranıb. Nəticədə yeddi nəfər xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən biri, qoxunun yanacaq qoxusuna bənzədiyini və təyyarənin havaya qalxmasından sonra iyin daha da kəskinləşdiyini bildirib.

Onun sözlərinə görə, bəzi sərnişinlər tənəffüslə bağlı problemlər və hətta döş qəfəsindəki ağrılardan şikayət edib. Hava yolları şirkəti sərnişinlərin müalicə xərclərini öz öhdəsinə götürüb.

Share: