Görünməmiş hadisə..Həkimlər əməliyyatla körpənin başından diş çıxardılar

ABŞ-ın Merilənd ştatında dünyada görünməmiş hadisə baş verib.
Müstəqil.Az Azvision.az və  xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər dörd aylıq körpənin üzərində beyin əməliyyatı aparan zaman inanılmaz mənzərə ilə rastlaşıblar.

Belə ki, müayinələr əsnasında körpənin başında şiş olduğunu deyən həkimlər, cərrahi əməliyyat vaxtı yad cismin dişə bənzədiyini müəyyən ediblər.

Həkimlərin fikrincə, bu, tarixdə ilk dəfə rast gəlinən hadisədir. Əməliyyatdan sonra körpənin vəziyyəti stabildir. Onun həyatı üçün təhlükə yoxdur.

Share: