Görkəmli şairin anım günü keçirildi…”Fikrət Sadıq işığı “

Müstəqil.Az bildirir ki,hər il olduğu kimi Azərbaycanın görkəmli şairi Fikrət Sadığın 30 may tarixində Anım günü keçirildi .
Bu dəfə də Fikrət Sadıq adına” İşıq Mükafatı ” Öz sahibinə təltif olundu . “İşıq Mükafatı”nın sahibi tanınmış şair Salam Sarvan oldu .
Tədbirdə Gənc tamaşaçılar Teatrının  aktrisası, Prezident mükafatçısı Zemfira Əbdülsəmədova Fikrət Sadığın “Payız düşüncələri” Şeirini söylədi .
Ardından Onun sozlərinə yazılmış musiqi parçaları səsləndi .Aktrisa Günel Həmidova ,aktyor Elşən Şıxəliyev ,İncəsənət Qimnazıyasının Qabaqcıl Qocaman Müəlliməsi bir neçə gözəl aktyor, aktrisaların ,Diktorların yetişməyində rolu olmuş Ulduz Miriyevanın Şagirdi Kərim Nəcəfli şairin “Yerdəyişmə” və “Natürmort” şeirlərini çox böyük məharətlə söylədi .
Qiraətçi Pedaqoq Murmila Rüstəmova ,Fikrət Sadığın “Çəpər” şeirini söylədi .Gənc şair Saleh Sabat öz çıxışında Fikrət Sadığa  ithaf etdiyi şeiri  söylədi . Əməkdar jurnalist Yadigarlar Verilişinin Müəllifi Flora Xəlilzadə ,Turana açılan yollar Antalogiyasının müəllifi Aybəniz Qafarlı ,Şair Zahid Sarıtorpaq ,Şair Salam Sarvan ,Yazıçı Aqşin Babayev ,Şəmistan Əlizamanlı ,Kamil Məhərrəmoğlu ,Orxan Fikrətoğlu ,tədbirin ssenari müəllifi və aparıcısı Aysel Fikrətin çıxışlarından tədbirin bu dəfə daha fərqli olduğu xüsusi vurğulandı .
Fikrət Sadıqın heç bir yerdə yayımlanmayan bir filmi izlənildi .Bu film çox böyük marağa və duyğulu anlara səbəb oldu .Tədbir boyu şairin sözlərinə yazılmış musiqilər səsləndi .
Tamaşaçılar gözəl duyğularla xatirə şəkilləriylə Anım gününən ayrıldılar .
Müstəqil.Az

Share: