Goranboyda zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboy rayon Dəliməmmədli şəhər ərazisində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, 3 nəqliyyat vasitələrinin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xəyalə İntiqam qızı Əliyeva və 1976-cı il təvəllüdlü Rəşad Nurəddin oğlu Muradov xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: