Goranboyda vətəndaşların qəbullarına diqqətlə yanaşılır — Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına Goranboyda operativ yanaşılır.

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə dövlət siyasətini əsas tutaraq yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir.

Bu məqsədlə Goranboy rayonunda oktyabr ayında rayon İcra Hakimiyyətinin Başçısının qrafikinə uyğun olaraq yerlərdə 4 səyyar görüş və icra hakimiyyətinin inzibati binasında 4 qəbul təşkil olunub.

400-dan çox sakinin iştirak etdiyi qəbullarda, 26 müraciət səyyar qəbullarda, 81 müraciət inzibati binada keçirilən qəbullarda və 92 müraciət isə elektron müraciət olmaqla, ümumilikdə 199 müraciət qeydə alınıb.

Qəbullarda İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib. Ay ərzində keçirilən qəbullar təhlil olunmuş, insanları narahat edən problemlərin həlli ilə əlaqədar qanunamüvafiq tədbirlər görülüb. Hazirda bu  istiqamətdə işlər davam etdirilir.


Share: