Goranboyda ümumrayon Novruz tədbiri keçirildi — Fotolar

Goranboyda “Ümummilli Lider Heydər Əliyev  milli-mənəvi dəyərlərimizin hamisi-ümumxalq sevgisi işığında Novruz bayramı” adlı ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, şəhid ailələri və qazilərimiz, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, rayon mədəniyyət evləri və musiqi məktəblərinin kollektivləri iştirak ediblər.

Bayram təbrikində icra başçısı Məhərrəm Quliyev, 30 ildən sonra ikinci dəfədir ki, bütün torpaqlarımızda bayram tonqallarının qalandığını, güclü dövlət və qalib xalq kimi qürurla  bayram günlərini qeyd etdiyimizi diqqətə çatdırıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması məqsədi ilə  “2023-cü il-Heydər Əliyev ili”  ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirildiyini vurğulayıb. 

O bildirib ki, Ümummilli Lider həmişə xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrimizin qorunması və yaşadılması üçün əsl himayədarlıq mövqeyini nümayiş etdirib. Xalqımızın ən əziz və qədim bayramlarından olan Novruz bayramı da Sovet hakimiyyətinin ciddi qadağaları dövründə də, məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə daim yaşadılmış və ümumxalq bayramı səviyyəsində qeyd edilib.

Bayram tonqalını şəhid ailələri və qazilər alovlandırıb.


Share: