Gömrük Akademiyasında Təhsil Tələbə Krediti Fondu ilə görüş keçirilib

Gömrük Komitəsinin Akademiyasında Təhsil Tələbə Krediti Fondu ilə görüş keçirilib. Müstəqil.Az-a Akademiyadan verilən xəbərə görə görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Akademiyanın fəaliyyəti barədə məlumat verən Q.Novruzov görüşün əhəmiyyətindən, dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edərək təhsildə bərabər imkanların yaradılması məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

317603078_596693855789227_2864883422158090205_n.jpg

Daha sonra tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

317928330_596693819122564_6874708374911590892_n.jpg

317755104_596694079122538_3334510898120660883_n.jpg

Görüşdə çıxış edən Araz Paşayev görüş üçün şərait yaradıldığına görə Akademiya rəhbərliyinə öz təşəkkürünü bildirərək ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib. TTKF-in fəaliyyətinə qısa nəzər salan A.Paşayev fondun əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.

Görüş çərçivəsində TTKF tərəfindən tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən İslam Hüseynov təhsilə olan dövlət qayğısından danışaraq keçirilən təlimin tələbələr üçün faydalı olacağına əminliyini vurğulayıb.

Sonra Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə təlim iştirakçılarına geniş məlumat verib.

Tədbirdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.

Müstəqil.Az

 

 

 

Share: