Gecikdiyini görüb paraşütü ilə işlədiyi fabrikin həyətinə endi — Video

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mebel fabrikində işləyən fəhlə gecikəcəyini anlayınca iş yerinə paraşütlə gedib.

“Qafqazinfo” Türkiyə KİV-ə istrinadən xəbər verir ki, Kıranköy Yaylasından paraşütlə havaya qalxan Adem Keskin işlədiyi mebel fabrikinin bağçasına enib.

Uçuş zamanı özünü havadan videoya çəkən Keskin, “Bəli dostlar, Uludağdan çıxdım. 2 min 230 metrdən fabrikə uçuram” deyib.

Keskinin paraşütlə gəldiyini görən həmkarları onun enişini mobil telefonları ilə görüntüləyiblər. Bu anlar fabrikin təhlükəsizlik kameralarında da əks olunub.

Adem Keskin açıqlamasında 10 ildir ki, yamac paraşütü ilə peşəkar şəkildə maraqlandığını bildirib.

O, uzun müddətdir işə paraşütlə getməyi xəyal etdiyini deyib:

“Bu məqsədimə çatmaq üçün səhər saat 06:00-da Uludağa getdim və hazırlıqlarımı etdim. Uçaraq fabrikə gəldiyimi görən dostlarım çox təəccübləndilər. 30 dəqiqə havada qaldım, 30 kilometr getdim. Bağçaya düşəndə ​​alqışladılar, təbrik etdilər”.


Share: