Gecə arvadından istədiyini ala bilməyən ərdən ŞOK ƏMƏL: 2 uşağın gözü qarşısında… – FOTO/VİDEO

Türkiyənin Qaziantep vilayətində dəhşətli cinayət hadisəsi baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, S.S. gecə saatlarında həyat yoldaşını 2 uşağının gözləri qarşısında öldürüb.

İddiaya görə, S.S. həyat yoldaşını oyadaraq oynamasını istəyib. Lakin rədd cavabı alan ər pnevmatik silahla qətl törədib.

Qeyd edilir ki, 5 gün əvvəl həbsdən çıxan S.S. oğurluğa görə ümumilikdə 13 ay olmaqla 2 dəfə həbsdə olub. Onun cinayəti törətdiyi zaman içkili olduğu bildirilir. Məlumata görə, o, 3 gündür həyat yoldaşına işgəncə verirdi. Hətta, onu evin otaqlarından birinə kilidlədiyi deyilir.

Polis hazırda cinayətdən sonra qaçan S.S.-ni axtarır.

 

Share: