Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal RİH-də — Fotolar

Bakıda səfərdə olan Türkiyənin Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib.

“Qafqazinfo”nun məlumatına görə, qonaqları salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyev bu münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu bəyan edib. Bildirilib ki, Türkiyə dövləti 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstək verib və Azərbaycan dövləti və xalqı bunu çox yüksək qiymətləndirir. Qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın xüsusi xidmətləri var.

Öz növbəsində Gebze bələdiyyəsinin sədri Zinnur Böyükgöz qonaqpərvərliyə görə Azərbaycan tərəfində minnətdarlğını bildirib. Görüşdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Türkiyə Böyük Millət Məclisinin üzvü Cəmil Yaman ikitərəfli münasibətlərin müxtəlif sahələrindən söz açıblar. Görüş zamanı yerli özünü idarəetmə sahəsində təcrübə mübadiləsi, qurumlar arasında ticarət, mədəniyyət, iqtsadiyyat sahələrində əlaqələrin perspektilərinə dair ətraflı fikir mübadiləsi aparılıb.


Share: